Türkiyənin Antalya şəhərinin Kumluca ərazisində nəslinin tükənməsinin qarşısını almaq və maarifləndirmə məqsədi ilə eşşəklər üçün simvolik toy keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, türkiyəli sənətçi Aydın Aydının türkü səsləndirib klip çəkdirdiyi tədbirdə eşşəklərə gəlinlik və bəy kostyumu geyindirilib.
Eşşəklərə simvolik toy məmuru, toy şahidləri və kənd camaatının iştirakı ilə toy edilib.
Daha sonra eşşəklərə kənd muxtarı Halime Kaya tərəfindən beşi bir yerdə qızıl sikkə verilib. Kənd camaatı eşşəklərə kahı, xiyar, kök, ot verib.
Sonda eşşəkləri traktora mindirib bal ayına yola salıblar.