- 4
ENDİRİLİR
ENDİRİLİR
“Map İnterneyşinel Konsaltinq ənd İnvestment” MMC (VÖEN – 1500858831) ləğv olunduğunu elan edir.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 16, mənzil 16 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Map İnterneyşinel Konsaltinq ənd İnvestment” MMC 2006-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 000 manatdır və qanuni təmsilçisi Əhmədov Fərid Rafiq oğludur.
Məlumat üçün bildirək ki, 2 il əvvəl 2022-ci ilin may ayında “Map İnterneyşinel Konsaltinq ənd İnvestment” MMC-nin ləğv olunması barədə daha bir elan verilib. O zaman MMC-nin qanuni təmsilçisi Paşayev Mir Camal Hafiz oğlu olub. Mir Camal Paşayev “PAŞA Holding” MMC-nin Direktorlar Şurasının sədr müavinidir.
Onu da qeyd edək ki, “Map İnterneyşinel Konsaltinq ənd İnvestment” MMC-nin hazırkı rəhbəri Fərid Əhmədovun rəhbərlik etdiyi bəzi şirkətlər bu yaxınlarda ləğv olunaraq “PAŞA Holding”ə bağlı olan digər şirkətlərə birləşib.
“Grop Agro” MMC (VÖEN - 1406747671) fəaliyyətinə xitam verilərək “PAŞA Holding” ilə eyni hüquqi ünvanda - Neftçilər pr., ev 153-də yerləşən “Agro Food İnvestments” MMC-yə (VÖEN - 1404315581) qoşulub.
Bundan başqa Əhmədov Fərid Rafiq oğlunun rəhbərlik etdiyi daha bir şirkət – “Aliot” MMC (VÖEN - 1402401951) ötən ay ləğv olunaraq Neftçilər pr., ev 153 ünvanında qeydiyyatda olan “PMD Group” MMC -yə (VÖEN – 1701459191) qoşulub.
Elnur Əli