Çində alimlər Ebola virusunun siçanlarda yayılma modelini öyrənmək üçün mutasiya ediblər.
“Surroqat virus və onunla bağlı olan xəstəlik təhlükəsizliyi artıracaq və Ebola hemorragik qızdırması ilə bağlı tədqiqatlara sərf edilən xərci azaldacaq”, - məqalədə qeyd olunub.
Alimlər siçanların üzərində infeksiyanın klinik mənzərəsini öyrənmək üçün Ebola və vezikulyar stomatit viruslarını birləşdiriblər. Tədqiqatçılar, yoluxmuş heyvanların Ebolanın yaratdığı göz siniri xəstəliyinin öyrənilməsində rol oynaya biləcəyinə inanırlar.