Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxslərin cərimə ediləcəyi barədə xəbərdarlıq yayıb.
"Ölkə.az" Report-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi "X" səhifəsində bildirilib.
Qeyd olunub ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.
Qaydaları pozan şəxslər təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Eyni zamanda həmin şəxslər deportasiya olunacaq. Həmçinin bildirilib ki, qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.