ABŞ-ın Florida ştatında yaşayan Randall Smit "dünyanın ən yorucu insanı" elan edilib.
Ölkə.Az xəbər verir ki, buna səbəb isə onun danışıq tərzidir.
Belə ki, o, 1989-cu ildə "Microsoft Word" proqramının o vaxtkı versiyasından necə istifadə olunacağını izah edən 1 saat 47 dəqiqəlik video çəkib.
Randalla ötən il heç tanımadığı bir adamdan təşəkkür mesajı gəlib. Mesajı yazan adam ona daha rahat yuxuya getməsinə yardımçı olduğu üçün təşəkkürürünü bildirib.
R.Smit oxuduğu mesajdan sonra xeyli təəccüblənib.
O, bunun səbəbini axtararkən məlum olub ki, Randallın 35 il əvvəl çəkdiyi video 10 il əvvəl yutuba yüklənib. Səs tonunun monotonluğuna görə insanların rahat yuxuya getmək üçün videonu izlədiyi üzə çıxıb.
Video bu günə qədər 3.2 milyon dəfə izlənib.
Billurə