Türkiyənin ana müxalifət partiyasının Azərbaycanla münasibətləri pis ola bilməz.
Ölkə.Az xəbər verir ki, bunu Habertürk TV-yə müsahibəsində Türkiyənin ən böyük müxalifət partiyası CHP lideri Özgür Özəl deyib.
"Əgər səhvimiz varsa, onu düzəltmək lazımdır", - o bildirib.
Özəl yaxın günlərdə Azərbaycana səfər edəcəyini də açıqlayıb.
Xatırladaq ki, CHP-nin ozamankı lideri Kılıçdaroğlu “tarixi İpək Yolunun dirçəldilməsi” adlandırdığı “Türk Yolu Layihəsi”nin təqdimatını edərkən Azərbaycanı buraya daxil etməyib. Özəl buna görə üzr istəyib. O qeyd edib ki, “CHP Azərbaycan qarşısında günahını yumaq üçün əlindən gələni edəcək”.