Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini nəinki qəbul etməyib, hətta öz xalqından gizlədib.
Ölkə.Az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.
Zurabyanın sözlərinə görə, 2019-cu ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri "Dağlıq Qarabağ"ın, o cümlədən Kəlbəcərin və Laçının Ermənistanın nəzarətində qalması və statusun sülh yolu ilə həllini, həmçinin çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif ediblər.
“Lakin Paşinyan danışıqlardan imtina etdi və xalqını aldatdı. 44 günlük müharibə tamamilə onun vicdanındadır. Sonra Ermənistan hakimiyyəti Rusiyanın təklifini rədd edərək Qərbin nizamlanma planını alacaqlarına ümid edirdi, lakin bu, uğurlu alınmadı”, - Zurabyan qeyd edib.
Onun fikrincə, bu gün isə Qərb köməyə gəlmir və ciddi vasitəçilik öhdəsinə götürmür. “Ermənistan Rusiyanın vasitəçiliyini rədd etdi və bu gün bölgədəki məsələlərin Türkiyə və Azərbaycan tərəfindən həll edildiyi çox çətin vəziyyətdəyik”, - o vurğulayıb.
Mürtəza
Ölkə.Az