Fransa prezidenti Emmanuel Makron Kilian Mbappenin ölkədə keçiriləcək Olimpiadada oynaya bilməsi üçün onun gələcək klubuna maksimum təzyiq göstərdiyini etiraf edib.
Fransanın əsas yığması Almaniyada keçiriləcək Avropa çempionatında (14 iyun - 14 iyul) iştirak edəcək. Oyunlarda Tyerri Anrinin başçılıq etdiyi 23 yaşa qədər komanda çıxış edəcək. Futbol üzrə Olimpiya turniri iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Makron əlavə edib ki, Mbappenin iştirak edəcəyinə ümid edir.
“Bizim avromuz var və onlar iyulun 14-də qalib gəlməlidirlər”, - o bildirib.
Qeyd edək ki, Mbappe mövsümün sonunda “Pari Sen-Jermen”i tərk edəcək. Onun karyerasını “Real”da davam etdirəcəyi gözlənilir.
Hələ fevral ayında Madrid klubu Fransa Futbol Federasiyasına məktub göndərərək, olimpiada üçün milli komandaya oyunçu buraxmaqdan imtina etmişdi.