ABŞ-də 24 yaşlı Noelia Voigt "2023 Gözəllik Kraliçası" titulundan imtina edib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ötən ilin sentyabrında yarışmada birinci olan N.Voigt “Miss USA 2023” titulundan imtina etməyin çox çətin olduğunu bildirib.
O, psixi sağlamlığının bütün proses boyu tədricən pisləşməyə başladığını deyərək, rəqabətin ona gətirdiyi hər şeydən imtina etdiyini açıqlayıb:
“Fiziki və ruhi sağlamlığınıza heç vaxt güzəştə getməyin. Sağlamlığımız bizim sərvətimizdir”.
Kraliça seçildikdən sonra həyatında bir çox dəyişikliklərin olduğunu deyən Voigt yeni bir dövrə başlamaq istədiyini bildirib.
"Miss USA" təşkilatı da onun qərarını dəstəklədiyini elan edib. Onun titulunun müsabiqədə 2-ci olan Savanna Gankviçə veriləcəyi bildirilir.
Billurə