• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Körpəsi daun sindromlu doğulan ailəyə 21 milyon təzminat ödəniləcək



Kocaeli 1-ci İstehlakçı Məhkəməsi övladı daun sindromlu doğulan ailəni hamiləlik dövründə istədikləri analizləri etmədikləri üçün doğuşun baş verdiyi özəl xəstəxanaya qarşı qaldırdıqları təzminat iddiasında haqlı hesab edib.

Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmitdə yaşayan Faruk (44) və Serpil Güral (40) cütlüyü ikinci övladlarını dünyaya gətirəcəklərini öyrənəndə müayinə və rutin yoxlamalar üçün şəhər mərkəzindəki özəl xəstəxanaya üstünlük veriblər.
Serpil Güral hamiləlik dövründə yaşadığı bəzi sağlamlıq problemlərinə görə körpənin anadangəlmə qüsur riskinin olub-olmadığını müəyyən etmək üçün lazımi analizlərin aparılmasını istəyib. Lakin körpənin səhhətinin yaxşı olduğunu iddia edən həkim cütlüyün xahişini yerinə yetirməyib.
Hamiləliyinin 8-ci ayında rutin müayinədən keçmək üçün xəstəxanaya gedən Serpil Güral körpənin ölüm təhlükəsi olduğu səbəbilə təcili olaraq doğuşa aparılıb. Doğuşdan sonra körpənin Daun sindromlu olduğu müəyyən edilib.
Güral cütlüyü həkim səhlənkarlığı nəticəsində çəkdikləri əziyyətə görə məhkəməyə müraciət ediblər. Onlar xəstəxana və həkimə qarşı maddi və mənəvi təzminat iddiası qaldırıblar.

Kocaeli 1-ci İstehlakçı Məhkəməsində ötən gün baş tutan iclasda yekun qərar verilib. Məhkəmə qarşı tərəfdən 21 milyon 89 min 691 lirə maddi təzminatın və 200 min lirə mənəvi təzminatın alınaraq iddia tarixindən etibarən yaranacaq qanuni faizlə birlikdə Serpil Gürala verilməsinə qərar verib.
 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.024703025817871