İki gün öncə Hacıqabulun uçuş meydançasında yerli dron sınaqdan keçirilib.
"Ölkə.Az" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib.
O bildirib ki,ilk dəfə olaraq Azərbaycan Texniki Universiteti (AzTU) və Milli Aviasiya Akademiyası tələbələri öz resurslarımız hesabına hərbi tapşırıqları yerinə yetirə bilən, 50 metr hündürlükdə 14 dəqiqə havada qalmaq imkanı olan hərbi təyinatlı uçuş aparatı hazırlayıblar.
"Dronla yerdəki idarəetmə mərkəzi arasında məlumat ötürlməsi, uçuşa nəzarət də reallaşdırılıb. Tələbələrimz bunu Türk Aviasiya ve Kosmik Sənayesi Şirkətinin (TUSAŞ) dəstəyi ilə 8 ay müddətində reallaşdıra biliblər".
Ekspert xatırladıb ki, AzTU rektoru bir neçə il öncə Türkiyədə olarkən "AzTU-Turkish Aerospace, MGP 2023.1" mühəndis hazırlığı proqramının reallaşdırılması haqqında razılıq əldə olunmuşdu.
Könül
Ölkə.Az