Qərarların konsensusla qəbul edildiyi NATO səviyyəsində hazırda Ukraynada NATO qüvvələrini yerləşdirməklə bağlı nə planımız, nə də siyasi niyyətimiz var.
"Ölkə.az" xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.
"Müttəfiqlik səviyyəsində biz Ukraynaya hər cür dəstək verməkdə maraqlıyıq, lakin eyni zamanda bu müharibənin NATO ilə Rusiya arasında daha böyük münaqişəyə çevrilməməsində maraqlıyıq", - o bildirib.