“ABŞ-nin hökmranlığı sona çatıb”.
"Ölkə.az" xəbər verir ki, bu fikri PTI-yə müsahibəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.
“ABŞ-nin Soyuq Müharibə bitdikdən sonra başlayan hökmranlığı bu gün faktiki olaraq sona çatıb. Birləşmiş Ştatlar hələ də dünyanın aparıcı gücü olaraq qalır. Amma deyə bilərik ki, bir sıra səbəblərə görə digər güc qrupu ilə Birləşmiş Ştatlar arasında fərq əvvəlkindən xeyli azalıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, dünya sürətlə dəyişir, dünyanın aparıcı ölkələrinin siyahısı da dəyişir.
“Biz özümüz də bu dəyişikliklərin bir hissəsiyik” deyən Cayşankar ölkənin 10 il əvvəl iqtisadi inkişaf reytinqində 10-cu yerdə olduğunu, indi isə 5-ci yerə gəldiyini və 3-cü yeri tutmağı hədəflədiyini xatırladıb.