Rusiya Texnologiya Universiteti (RTU) MIREA qızılca virusuna görə karantinə bağlanıb, tələbələr distant təhsilə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
“1019 saylı əmrə əsasən, mayın 14-dən 24-dək RTU MIREA-da bütün dərslər distant rejimdə aparılacaq, kampuslar isə bağlanacaq”, - məlumatda deyilir.
Eyni zamanda, kibertəhlükəsizlik və proqramlaşdırma kolleclərinin əyani təhsilini davam etdirəcəyi bildirilir.