• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR



Avropa Parlamentinin üzvü Xaviyer Nart Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və İcmanın sözçüsü Ülviyyə Zülfiqar ilə görüşüb.

Bu barədə Ölkə.Az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, görüşdə İcma sədri ispaniyalı qonağa Qərbi Azərbaycanlıların ötən 200 il ərzində üzləşdiyi soyqırımlar və deportasiyalar barədə məlumat verib, dağıdılan maddi-mədəni irsimizdən bəhs edib. Ə.Ələkbərli Avropa Parlamentində Azərbaycana qarşı qərəz və ayrı-seçkiliyin regionda sabitliyə mənfi təsir göstərdiyini deyib. Parlamentariyə bildirilib ki, soydaşlarımız sonuncu - 1987-1991-ci illər deportasiyası zamanı zorla öz evlərini tərk etməyə məcbur ediliblər. Bu gün onların niyyəti sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaqdır.

Xaviyer Nart öz növbəsində Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandıraraq həqiqətlərimiz barədə daha çox məlumat istəməklə öyrəndiklərini avropalı həmkarlarına çatdıracağını bildirib.

Qonağa Qərbi Azərbaycan İcmasının bir neçə dildə nəşr edilmiş Qayıdış Konsepsiyası da təqdim olunub.

Bundan əlavə, İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici naziri Yan Borqa Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında təxribatçı sual verilib.

Erməni mediası “Bakının ATƏT platformasından özünün Qərbi Azərbaycan gündəliyini və Maltanın dolayısı ilə töhfə verdiyi Ermənistana qarşı “ərazi iddialarını” təbliğ etmək üçün istifadə etməyə çalışdığı” iddia edilib.

Bunun cavabında maltalı nazir qeyd edib ki, Maltanın ATƏT-dəki sədrliyi çox şəffaf və dürüstdür və ölkə hərtərəfli sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək niyyətindədir.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.23620200157166