Ermənistanda keşiş Baqrat Qalstanyanın liderliyi ilə davam edən etiraz aksiyası parlamentdə hökumətin etimadsızlığına nail olmaqdır. Amma bu o qədər də asan məsələ deyil.
Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov bildirib.
Onun fikrincə, prosessual yolla bu məqsədə nail olmaq demək olar ki, mümkün deyil: "Etimadsızlıq təşəbbüsü lazımi sayda səs toplasa belə, çətin ki, məntiqi nəticəyə gəlinsin ".
Bununla belə, o qeyd edib ki, Ermənistan müxalifətini təmsil edən ənənəvi qüvvələri dörd ilə yaxındır, Paşinyanı “devirməyə” çalışsalar da, buna nail ola bilməyiblər: "Ancaq Baqrat Qalstanyanın liderliyi altında başlanan aksiya ənənəvi müxalifətdən və “keçmiş”lərdən fərqlənir.
Əksinə, onun hərəkətlərinin çoxu 2018-ci ilin “məxməri inqilabı”n kopyasını xatırladır. Amma o da həqiqətdir ki, eyni çaya iki dəfə girmək çətindir. 2018-ci ildə hakimiyyətin əleyhdarlarının bu gün onunla necə davranmasından asılı olmayaraq, hamı tərəfindən tanınan bir lider var idi.
İdarəetmə elitasının mütləq çaşqınlığı və laqeydliyi də var idi (Serj Sarqsyanın məşhur qiymətləndirməsini xatırlayın: “Mən səhv edirəm, Nikol haqlıdır”). Bu gün oxşar heç nə müşahidə edilmir. Etirazçıları çətin seçim gözləyir. Ya uğur şansı çox olmayan demokratik prosedurlara arxalanacaq, ya da nəticələri baxımından ilk növbədə Ermənistan paytaxtının meydanlarına çıxanlar üçün heç də az təhlükəli olmayan aksiyaları radikallaşdıracaqlar. Cəmiyyətdə isə vətəndaş qarşıdurması ideyası, hətta ali məqsədləri naminə olsa belə, birmənalı dəstəklənmir”, - ekspert qeyd edib.
Mürtəza
Ölkə.Az