Vladimir Putin yenidən prezident seçildikdən sonra ilk xarici səfərini Çinə edəcək.
Ölkə.Az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
Putinin Çinə səfəri isə mayın 16-17-də baş tutacaq. Putin Pekin və Xarbinə səfər edəcək. Səfər çərçivəsində Çin lideri Si Cinpinlə görüşü və bir sıra sənədlərin imzalanması planlaşdırılır.
“Rusiya və Çin liderləri hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı məsələlərin bütün spektrini ətraflı müzakirə edəcək, Rusiya-Çin praktiki əməkdaşlığının gələcək inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirəcək, həmçinin ən aktual beynəlxalq və regional problemlər üzrə hərtərəfli fikir mübadiləsi aparacaqlar”, - Kremlin rəsmi saytında deyilir.
Vladimir Putinin Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Çianq ilə də görüşü nəzərdə tutulub.
Mürtəza
Ölkə.Az