• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xarkovda ağır döyüşlər gedir, ordu geri çəkilir - Ukraynalı general



Xarkov vilayətində ağır döyüşlər gedir, Ukrayna ordusu bəzi yayaşış məntəqələrindən və şəhərlərdən geri çəkilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Xarkov şəhərinin müdafiə qüvvələrinin komandanı general Sergey Melnik məlumat verib.

Onun sözlərinə görə, rus qoşunları qurudan və havadan irəliləməyə davam edir.

Ağır döyüşlərin davam etdiyini deyən general Melnik əlavə edib ki, bu səbəbdən də Volçansk və Lukyantsı yaxınlığındakı müəyyən ərazilərdə ukraynalı müdafiəçilər güclərindən daha səmərəli istifadə etmək və regionu hücumdan qorumaq üçün daha əlverişli mövqelərə çəkilməyə məcbur olublar.

Ukrayna qoşunları rusların 11 hücumunu dəf edib. Hazırda daha üç istiqamətdə hücum davam edir. 

Ukrayna mediasının yazdığına görə, ağır döyüşlər getdiyindən Xarkov vilayətində cəbhə xəttində olan yaşayış məntəqlərindən insanlar təxliyə edilirlər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda rus qoşunlarının Xarkov vilayətinin Qlubokoye və Lukyantsı yaşayış məntəqələrini ələ keçirdiyi yer alıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.054838180541992