Ötən gün sui-qəsd nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun son vəziyyəti açıqlanıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, baş naziirn köməkçisi Tomas Taraba əməliyyatın yaxşı keçdiyini deyib:
"Bildiyim qədər əməliyyat uğurla keçib və düşünürəm ki, o, sonda sağalacaq. Hazırda həyatı üçün təhlükə yoxdur", - deyə Taraba söyləyib.
Qeyd edək ki, ötən gün Slovakiyanın baş naziri Robert Fitso hökumət iclasını tərk etdikdən sonra silahlı hücum nəticəsində ağır yaralanıb. Qarın nahiyəsindən 5 güllə dəyən baş nazir əməliyyat olunub.
Hücumu törədən şəxsin 71 yaşlı slovak şairi və fəalı Juraj Cintula olduğu bildirilib. O, dindirilərkən hökumətin siyasətini bəyənmədiyini, medianın işlək vəziyyətdə olmadığını deyib.
Billurə