Həm 31 mart bələdiyyə seçkilərində uğursuzluğun nəticəsi, həm də son günlərdə ölkədə baş verən proseslərin məntiqi nəticəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu AKP-də ciddi dəyişikliklər üçün düyməni sıxıb.
Ölkə.Az xəbər verir ki, Ərdoğan yeni heyətlə AKP-nin qurultaya getmək üçün təşkilat daxilində yaxın günlərdə ilk addımını atacaq.
Dəyişikliyə əsasən AKP-dən ən azı 5 sədr müavini vəzifəsini itirəcək. Onların yerinə isə yeniləri təyin olunacaq. Hələlik konkret olaraq kimin vəzifəsindən azad olunub kimin təyin olnacağı barədə məlumat yoxdur.
AK Partiya qaynaqlarının mediaya verdiyi məlumata görə, mövcud heyətlə qurultay olmayacaq. Partiya rəhbərliyi dəyişəcək və prosesi yeni rəhbərlik həyata keçirəcək.
Verilən məlumata görə, ciddi dəyişikliklər təkcə AKP rəhbərliyində deyil, eyni zamanda Prezident Aparatında və hakimiyyətdəki komanda da gözlənilir.
Mürtəza
Ölkə.Az