• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyan: Azərbaycanla bu razılaşma böyük uğurdur 



Dünən Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar aprelin 19-da qəbul edilmiş protokola uyğun olaraq Ermənistanın Bağanis - Azərbaycanın Bağanis-Ayrum, Ermənistanın Voskepar - Azərbaycanın Aşağı Əskipara, Ermənistanın Kirants - Azərbaycanın Xeyrimli, Ermənistanın Berkaberi - Azərbaycanın Qızıl Hacılı kəndlərində sərhədin müəyyən hissələrini razılaşdırıblar. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Onlar bu sərhədyanı ərazilərin təsviri-protokollarını imzalayıblar. Demək istəyirəm ki, mən bunu iki səbəbə görə böyük uğur hesab edirəm", - o qeyd edib. 

Əldə edilən razılşamaya əsasən Ermənistanın Kirants kəndinin bir hissəsi Azərbaycana keçəcək, Ermənistan isə Gürcüstana yeni yol çəkməli olacaq.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.14172315597534