Ukrayna bütün vasitələrlə Rusiyanı ədalətli sülhə məcbur etməlidir.
"Ölkə.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiya müharibəni genişləndirməyə çalışır. Bu proses daim sülhlə bağlı boş sözlərlə müşayiət edilir. Biz bütün vasitələrlə Rusiyanı həqiqi, ədalətli sülhə məcbur etməliyik. Bu gün Qərargahda işğalçının gələcək niyyətləri ilə bağlı da məlumatlar olub - biz bütün variantlara hazırlaşırıq”, - Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya ordusu arasında ən güclü toqquşmalar Donetsk vilayətində - Pokrovski və Kramatorsk istiqamətlərində baş verir.