Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Cintula mayın 18-də məhkəmə qarşısına çıxarılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, prokurorluq şübhəlinin həbs olunmasını istəyib.
Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib. Əməliyyat olunan R.Fitso hazırda xəstəxanadadır.