"Bizim sui-qəsdçilərlə işimiz ola bilməz. FETÖ-yə bənzər qeyri-qanuni strukturlar və qeyri-qanuni iyerarxik sistemlər quran, mövqe mübarizəsi aparan, dövlət daxilində nifaq salan qruplarla heç vaxt yolumuz kəsişə bilməz. Cəsarət edib buna cəhd edənlər isə əzilməlidir".
Ölkə.Az xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı partiyasının bələdiyyə sədrləri ilə görüşündə deyib.
"FETÖ və FETÖ-yə bənzər strukturların dövləti zəhərləməsinə, dövlətdə feodal və imtiyazlı ərazilər yaratmasına imkan verməyəcəyik. Biz bu prosesdə Prezidentimizin yanındayıq", - Baxçalı qeyd edib.
O əlavə edib ki, biz heç vaxt xarici güclərin təsir agentlərinə və ya əməliyyat elementlərinə güzəştə getməyəcəyik:
“Milliyyətçi Hərəkat Partiyası və Cümhur İttifaqı varsa, sülh var, mövqe var və inşallah, milli hədəflərə çatmaq qismət olacaq”.
Mürtəza
Ölkə.Az