"Fransanın yürütdüyü müstəmləkəçilik siyasəti nəticəsində Sakit okeanın cənubunda yerləşən Yeni Kaledoniyada gərgin vəziyyət həll olunmaq əvəzinə davam etməkdədir. Fransa indiyədək dünyanın müxtəlif bölgələrində əsasərtə saxladığı ərazilərdə insanlara qarşı törətdiyi insanlığa sığmayan əmələrini bu gün Yeni Kaledoniyada həyata keçirməkdədir. Yeni Kaledoniyada müstəmləkəçilik siyasətini davam etdirmək istəyən Fransa hökuməti Yeni Kaledoniyanın Konstitusiyasına dəyişiklik etməklə yerli xalqı məqsədyönlü şəkildə assimlasiyaya uğratmaq yolunu seçib. Bu da təbii olaraq kaledoniyalıların haqlı narazıçılığına səbəb olub. Fransanın müstəmləkəçilik siyasətinə etiraz edən kaledoniyalılar ayağa qalxıb. Özünü bəşəri dəyərlərin dirnaqrası müdafiəçisi hesab edən Fransa kaledoniyalıların haqlı tələbinə yerinə yetirmək əvəzinə onların haqlı tələblərini zorla boğmaq yolunu seçib.Yeni Kaledoniyaya ordu yeridib orada fövqəladə vəziyyət elan edib adada baş verənlərin dünya ictimaiyyətinə çatdırılmasının qarşısnın alınması üçün addımlar atıb. Bu azmış kimi, öz gözündə tiri görməyən Fransa, günahlarını başqalarının üzərinə ataarq günahkar axtarışına çıxıb. Bu məqsədlə də Fransa Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib".
Bunu Ölkə.Az-a açıqlamasında deputat Məşhur Məmmədov deyib.
O deyib ki, Azərbaycan təbii olaraq Yeni Kaledoniya xalqının beynəlxalq hüquqlara əsaslanan haqlı tələbini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: "Çünki bu gün Yeni Kaledoniya xalqı Fransanın yürütdüyü müstəmləkə siyasətindən əziyyət çəkir və onların elementar hüququ kobud şəkildə pozulur. Azərbaycan hər zaman beynəlxalq hüquqa və bəşəri dəyərlərə hörmət edən ölkə kimi dünyanın istənilən nöqtəsində hüququ pozulan məzlumların yanında yer alıb. Amma imperialist siyasət yürüdən Fransa kimi hansısa ölkənin daxili işinə müdaxilə etməyib və etməyəcək də. Bu gün Fransa nəinki əsarətdə saxladığı Yeni Kaledoniyanın yaxud Afrika ölkələrinin daxili işlərinə kobudcasına müdaxilə edir, biz hətta onun Ukraynanın, Cənubi Qafqaz ölkələrinin daxili işinə müdaxilə etdiyinə şahidlik edirik. Fransa Ukraynada sülhə nail olmaq əvəzinə daha çox Ukrayna ərazilərinin, infrastrukturlarının, insan resurlarının dağıdılması, məhv edilməsi yolunu seçib.
Fransa 25 ildən artıq müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə ATƏT MQ-nin həmsədr ölkəsi kimi Cənubi Qafqazda sülhü deyil, gərginliyi körüklədi. Hər vasitəsilə Ermənistanın işğalçılıq siyasətinə dəstək verib bölgədə işğalçılığı təşviq etdi. Azərbaycan təkbaşına beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın işğlaçılığına son verib bölgədə sülh istiqamətdə atdığı addımlara mane olmasında da Fransanın destruktiv rolu hamıya bəllidir. Fransa bu gün Cənubi Qafqazda müstəmləkəçilik siyasətinə cəhd edərək bölgədə gərginliyin, münaqişənin davam etməsi məqsədilə Ermənistanı silahlandırmaq yolunu seçib. Bir sözlə, Fransa hər addımında Azərbaycana qarşı düşmənçilik yolunu seçib və ölkəmizə qarşı əsassız şəkildə qarayaxma kampaniyasını həyata keçirməkdədir. Fransanın Cənubi Qafqazda dayanıqlı sülühün əldə olunması əvəzinə BMT Təhlükəsizlik Şurasında, Avropa strukturlarında və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə əsassız ittihamlara əsaslanan sənəd layihələrinin qəbuluna cəhd edib.
Son vaxtlarda Fransa ərazisində mövcud olan Azərbaycanafob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.
Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.
Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edib.
Fransa bilməlidir ki, nə onun Cənubi Qafqazda müstəmləkəçilik siyasəti istiqamətindəki siyasəti, nə bölgədə sülhə qarşı çıxması, nə də digər cəhdləri baş tutacaq, qarşısı qətiyyətlə alınacaq".
Mürtəza
Ölkə.Az