Hindistanın Qaziabad şəhərində kişi arvadını öldürüb, cəsədi ilə selfi çəkdirib və intihar edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
30 yaşlı fabrik işçisi Şyam Qosvami və həyat yoldaşı Priya 9 il evli olublar. Səkkiz yaşlı bir qız böyüdüblər. O, nənəsi və babası ilə yaşayır.
Ötən cümə axşamı kişi yaşadığı şəhərdən evə gələrək arvadı ilə mübahisə edib. O, onu boğub, sonra meyitlə şəkil çəkdirib və fotonu altı ailə üzvünə göndərib.
Qorxunc şəkli görən kişinin bacısı digər qardaşından onu görməyə getməsini xahiş edib. Qardaş evə gəlib, amma evin darvazaları bağlı olub. O, su borusuna dırmaşaraq evə daxil olanda qardaşının və arvadının meyitini aşkar edib.
Polis faktla bağlı araşdırma aparır.(Publika.az)