• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çin Tacikistan iqtisadiyyatında mövqeyini gücləndirir



Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub.

“Ölkə.az” xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib.

“Çin ölkəmizin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarından biridir. Son on ildə Çinin Tacikistan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi 3,8 milyard dollar təşkil edib”, - deyə Rəhmon bildirib.

O, Tacikistan tərəfinin Çinlə yaşıl və rəqəmsal iqtisadiyyat, süni intellekt və yaşıl texnologiyalardan istifadə etməklə istehsalın yaradılması sahələrində əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər sənaye, xüsusilə mədənçıxarma sənayesi, o cümlədən nəqliyyat, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bundan əlavə, görüşdə təhlükəsizlik, o cümlədən müasir təhdid və çağırışlarla mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.034003019332886