İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında dünyasını dəyişməsindən sonra indiyədək dünyada neçə dövlət başçısının aviaqəzada ölməsini gündəmə gətirib.
Ölkə.Az olaraq indiyədək aviaqəzada ölən dövlət başçılarının xronologiyasını təqdim edirik.
- 7 sentyabr 1940-cı ildə Paraqvay prezidenti, marşal Xose Feliks Estiqarribia ölkənin Altos şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində prezident Xose Feliks Estiqarribia, onun həyat yoldaşı Culiya Miranda Kueto və pilot mayor Karmelo Peralta ölüb.
- 17 mart 1957-ci ildə Filippin Prezidenti Ramon Maqsaysay Balamban şəhəri yaxınlığında (Sebu adası, Filippin) Duqlas “C-47 Skytrain” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtəsində olan 26 nəfərdən 25-i, o cümlədən Filippin Prezidenti Ramon Maqsaysay, bir sıra məmurlar və jurnalistlər ölüb.
İstintaqın nəticələrinə görə, qəzaya qalxma zamanı təyyarənin elektrik enerjisinin kəsilməsinə səbəb olan sağ mühərrikin karbüratorunun ötürücü valının sıradan çıxması səbəb olub.
- 13 aprel 1966-cı ildə İraq prezidenti Əbdül Salam Aref Hərbi Hava Qüvvələrinə məxsus təyyarəsinin Bəsrə hava limanından 10 km aralıda qəzaya uğrayıb. Versiyalardan birinə görə, fəlakətin səbəbi Baas Partiyasına rəğbət bəsləyən hərbçilərin təxribatı olub.
- 27 aprel 1969-cu ildə Boliviya prezidenti Rene Barriendos Ortuño Arke qəsəbəsi yaxınlığında vertolyot qəzası nəticəsində həlak oldu. Qəzaya səbəb helikopterin elektrik xətti ilə toqquşması olub.
- 24 may 1981-ci ildə Ekvador prezidenti Xayme Roldos Aqilera Hərbi Hava Qüvvələrinə məxsus “Beechcraft Super King Air” (qeydiyyat HC-BNG) təyyarəsinin Quaçanamada dağlarında qəzaya uğrayıb. Təyyarədə Ekvador prezidenti Xayme Roldos Aqilera, onun həyat yoldaşı Marta Bukara və Ekvadorun müdafiə naziri Marko Subia Martinez də daxil olmaqla 12 nəfər olub və qəzada hamısı öldü.
- 31 iyul 1981-ci ildə Panamanın lideri, general Omar Torrixos Herrera Hərbi Hava Qüvvələrinə məxsus “De Havilland Canada DHC-6 Twin Otter” yüngül təyyarəsi Koklesito aerodromunun yaxınlığında çətin hava şəraitində eniş edərkən dağla toqquşub və partlayıb. Təyyarədə olan hər kəs, o cümlədən Panamanın faktiki lideri, general Omar Torrixos Herrera həlak olub. 1983-cü ildə aparılan araşdırmaya görə, qəzaya pilotların səhvləri səbəb olub.
- 19 oktyabr 1986-cı ildə Mozambik prezidenti Samora Macel Cənubi Afrikanın şimal-şərq hissəsi Mbuzini kəndindən 35 km məsafədə, Maputo (Mozambik)-Lusaka marşrutu ilə uçan “LAM Mozambique Airlines” şirkətinin Tu-134A-3 sərnişin təyyarəsi qəzasında ölüb. Təyyarədə prezidentlə yanaşı, 44 nəfərlik Mozambikin hökumət nümayəndə heyətindən 34 nəfəri həlak olub.
- 1988-ci il avqustun 17-də Pakistan prezidenti Məhəmməd Ziya-ül-Həqin Bahavalpurun olduğu Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” nəqliyyat təyyarəsi hava limanından havaya qalxmasından az sonra qəzaya uğrayıb. Təyyarədə 31 nəfər hamısı ölüb. Ölənlər arasında Pakistan prezidenti ilə yanaşı, ABŞ-ın bu ölkədəki səfiri Arnold Lyuis Rafel və Qərbin hərbi yardımının əfqan mücahidlərinə ötürülməsi proqramına rəhbərlik edən Pakistan Xidmətlərarası Kəşfiyyatının baş direktoru Əbdür Rəhman Axtar da olub.
- 6 aprel 1994-cü ildə Ruanda prezidenti Juvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranı daşıyan təyyarə Ruandanın Kiqali hava limanı yaxınlığında yer-hava raketi ilə vurulub. Hər iki lider və təyyarənin göyərtəsində olan digər 10 nəfər həlak olub.
- 26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovskini daşıyan təyyarə Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğrayıb. Prezidentlə yanaşı onu müşayiət edən 6 nəfər və iki ekipaj üzvü həlak olub. Qəza pis hava şəraitində eniş zamanı pis hazırlıq və pilotun səhvləri səbəbindən baş verib.
- 10 aprel 2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin Hərbi Hava Qüvvələrinin 36-cı Xüsusi Aviasiya Alayının Varşavadan Smolenskə xüsusi reyslə uçan Tu-154M sərnişin təyyarəsi Smolenskdə eniş edərkən qəzaya uğrayıb. Təyyarədə Polşa prezidenti Lex Kaçinski, Polşa siyasi, hərbi elitasının nümayəndələri və ekipaj üzvləri ilə birlikdə 96 nəfər həlak olub. Dövlətlərarası Aviasiya Komitəsinin, Polşa Daxili İşlər Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqi Komissiyasının və Polşa Ali Nəzarət Palatasının ekspertlərinin rəyinə görə, fəlakətin səbəbi uçuş zamanı pilotların səhvləri və uçuşun təşkilindəki çatışmazlıqlar olub.
Mürtəza
Ölkə.Az