• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rəisinin helikopterinin qəzasının MÜMKÜN SƏBƏBLƏRİ - AÇIQLAMA



Rəisinin helikopteri quyruq və ya əsas rotorun nasazlığı, habelə əlverişsiz hava şəraiti, o cümlədən dağlıq ərazi səbəbindən qəzaya uğramış ola bilər.

Ölkə.Az xəbər verir ki, bunu amerikalı aviasiya mütəxəssisi Keyl Beyli "Əl-Cəzirə"yə açıqlamasında hadisənin səbəblərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, qəza zamanı “ciddi idarəolunma problemi” ola bilər.

Pilotun "mayday" və ya təcili çağırış edib-etmədiyinə aydınlıq gətirən Beyli əlavə edib ki, uçuş zamanı ciddi texniki problem yaşanarsa, pilotun ilk vəzifəsi helikopteri ələ almaq olduğundan əlaqə arxa planda qalır: "Hər hansı əlaqənin olmaması, onu deməyə əsas verir ki, pilot yəqin ki, helikopteri endirməyə və ya onu havada saxlamağa fokuslanıb". 

Ekspertin fikrincə, hadisə zamanı pilot helikopteri endirmək üçün manevr edərkən meydana gələn aerodinamik qüvvələr və ya texniki problem, yaxud da quyruq rotorunun nasazlığı qəzaya səbəb ola bilər.

"Əgər helikopterin 360 dərəcə saat əqrəbinə və ya əksinə fırlandığı bir spiral hərəkət görsək, bu, quyruq rotorunun sıradan çıxdığını və nəzarətin itdiyinə dəlalət edir.  Amma əlverişsiz hava şəraiti və dağlıq ərazinin olması da, qəzaya səbəb ola bilər və bu, istisna deyil", - ekspert qeyd edib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.083339929580688