Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin axtarışında mühüm rol oynayan Bayraktar AKINCI pilotsuz uçan aparatının lentə aldığı görüntüləri (PUA) canlı yayımda milyonlarla insan izləyib.
Ölkə.Az xəbər verir ki, qəzadan sonra helikopterin qalıqları 15 saatlıq axtarışdan sonra tapılıb.
İran səlahiyyətliləri Türkiyədən saatlarla davam edən axtarış işlərinə dəstək vermək üçün Bayraktar AKINCI-nı istəyiblər. Bundan sonra bölgəyə uçan AKINCI helikopterin qalıqları olduğu yeri qısa zamanda təsbit edərək və onun koordinatlarını İran rəsmiləri ilə paylaşaraq missiyasını uğurla başa vurub.
Bütün dünyanın diqqətlə izlədiyi qəza hadisəsində əsas aktor rolunu AKINCI oynamış oldu. Ona görə də AKINCI-nın uçuşu bütün dünyada böyük marağa səbəb olub.
AKINCI-nın axtarış görüntülərini canlı yayımlayan Anadolu Agentliyinin məzmununu 6,3 milyondan çox insan izləyib.
6 saat 35 dəqiqə davam edən videoçəkiliş qısa zamanda 6 milyon baxışı keçib və bu, baxış rekordu hesab edilib.
AKINCI-nın İran səmasında dairəvi hərəkətlərini yayımlayan “FlightRadar24” tətbiqini 200 mindən çox insan izləyib.
Mürtəza
Ölkə.Az
AKINCI İHA, İran semalarında İran Cumhurbaşkanı Reisi ve heyetini arama kurtarma çalışmalarına destek veriyor https://t.co/ovXnx13UcY
— AA Canlı (@AACanli) May 19, 2024