• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA



"Yaxın aylarda Azərbaycanda düyünün qiymətində hər hansı artım gözlənilmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov düyünün qiymətinin bahalaşacağı ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Ekspert düyünün qiymətinin bahalaşması ilə bağlı məlumatın yalnış olduğunu bildirib:

"Son üç ayda bəzi ölkələrdə düyü yığımı başlayıb, istehsalda artım var. Eləcə də Hindistanda düyü istehsalında artımın olması və bundan əlavə təklif çox olduğu üçün dünya bazarında düyünün qiymətində aprel ayında 1,8% ucuzlaşma baş verib. Ümumiyyətlə, apardığımız müşahidələr onu göstərir ki, dənli bitkilərin istehsalında get-gedə artım baş verir. Dənli bitkilərin istehsalı ilə məşğul olan ölkələrdə istehsalda artım görürük. Bu da onu deməyə əsas verir ki, qlobal istiləşmənin daha az təsiri dənli bitkilərədir. Düzdür, düyünün istehsalında sudan istifadə olunur, quraqlıq olan yerlərdə müəyyən təhlükə var". 

Vahid Məhərrəmov əlavə edib ki, son vaxtlar daha məhsuldar sortlardan istifadə olunur, buna görə də məhsuldarlıq get-gedə artır: 

"Yaxın aylarda hər hansı fors-mayor hallar baş verməsə, düyünün qiymətində artım baş verməyəcək". 

Ekspert bu gün Azərbaycanda düyünün qiymətinin yüksək olduğunu vurğulayıb: 

"Dünyada düyünün qiyməti son 3 ayda (fevralda 1,6%, martda 1,7%, apreldə 1,8%) aşağı düşüb. Azərbaycanda isə düyünün qiyməti 3 ay davamlı olaraq artıb, aprel ayında da dəyişməyib. Azərbaycan özünün düyüyə olan təlabatının 85%-ni idxal edir. Bu da o deməkdir ki, bizim daxili bazarda qiymətlərimiz idxal olunan düyünün qiymətindən asılı olacaq". 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.047240972518921