Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin dəyəri bu gün səhər saatlarında 71 min dolları ötüb.
"Ölkə.Az"ın məlumatına görə, bitkoin yanvarın 23-dəki illik minimumu olan 38 505 dollardan 82,3% bahalaşıb.
"Ethereum" blokçeyn şəbəkəsinə qoşulan kriptovalyuta etherin dəyəri isə 13,3% bahalaşaraq 3500 dollara çatıb.
Bahalaşmaya səbəb bu həftə ABŞ-də "Ethereum ETF" (birja ticarəti fondu) tətbiqləri ilə bağlı qərarın verilməsi ilə bağlı gözləntilərdir. Qərarın mayın 23-də açıqlanması gözlənilir.
Belə ki, "Bloomberg"in ETF analitikləri daha əvvəl 25% olaraq elan etdikləri təsdiqləmə ehtimalını 75%-ə qədər artırdıqlarını açıqlayıblar. Bu da kriptovalyutaların qiymətinin artmasına səbəb olub.
Könül
Ölkə.Az