• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok



"Bu əgər təbii olaraq baş vermiş bir qəzadırsa, pilot xətasıdırsa, İran Prezidenti, dini liderdən sonra gələn 2 nömrəli şəxsin xarici işlər nazirini də yanında apararaq 1979-cu ilin helikopterinə mindirilməsi, içərisində qara qutunun olub-olmaması bəlli olmayan, uça bilməyəcək vəziyyətdə olduğunu anladığımız əlverişsiz və dumanlı hava şəraitində bu helikopetrin havalana biləcəyini kim deyib?"

Ölkə.Az xəbər verir ki, bunu türkiyəli siyasət elmləri doktoru Furkan Kaya deyib. O, İran Prezidenti İbrahim Rəisi və bərabərindəki nümayəndə heyətinin 90% ehtimalla sui-qəsdə qurban getdiyini söyləyib:

"Əslində, Rəisini ölümə aparan şərtlər daha əvvəldən hazılanmış kimi görünür. Bu bir sui-qəsddirmi? Bəli, mən 90% belə deyərdim. Srağagün çox vacib bir gün idi. Rəisi Azərbaycan Prezidenti ilə bir araya gəlmiş, açılışda iştirak etmişdi. Açılışda dünyaya çox önəmli mesajlar verildi. Rəisi dedi ki, bu görüşün kimləri narahat etdiyini bilirik, amma onlar narahat etməyə davam edəcəklər. Bu, əslində, Rəisinin uzun zamandan bəri qara qüvvələr tərəfindən təhdid edildiyini ortaya qoyur. Burada kəşfiyyat fəaliyyəti olduğunu düşünürəm". 

Mütəxəssis əlavə edib ki, İ.Rəisi daha əvvəl də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsin deyə təhdid olunub:

"Xatırlayırsınızsa, Rəisinin Ankara səfəri planlaşdırılırdı, Prezident R.T.Ərdoğanla görüşəcəkdi. Həmin səfər ərəfəsində Qasım Süleymaninin məzarında partlayış oldu, insanlar həlak oldu . O zaman da düşünürdüm ki, Rəisiyə kimlərsə "məktub" verdi və dedi ki, Ərdoğanla görüşmə. Amma Rəisi məktubu oxudu, bir kənara atdı və Ankaraya gəldi.

İkinci həmlə isə son baş verənlər idi".

F.Kaya hesab edir ki, İran Prezidenti geopolitik və strateji meydan oxumanın bədəlini canı ilə ödəyib:

"Bir tərəfdən Hindistan İran üzərindən Ermənistana silah yardım etməyə çalışır, bir tərəfdən Fransa kəşfiyyat vasitəsilə Cənubi Qafqaza, Ermənistana girib yenidən müharibə vəziyyəti yaratmağa çalışır, ABŞ da kəşfiyyat yolu ilə Cənubi Qafqaza nüfuz etməyə çalışarkən biz deyirik ki, regionlaşdırma başladaq. Kimlə? Azərbaycan, Türkiyə, İran və hətta Ermənistanla". 

Mütəxəssisin sözlərinə görə, bu, bir daxili hesablaşma da ola bilər:

"Bu, qəzaya bənzəyə bilər, amma prezidenti o helikopterə kim mindirib? Bunu edənlər daxildən biriləri də ola bilər. Çünki Xamenei artıq qocalıb, son vaxtlar onun yerinə kimin keçməsi məsələsi müzakirə olunurdu. Bir nömrəli isim Rəisi, 2 nömrəli ad isə Xameneinin oğlu idi. Yəni burada daxili hesablaşma məsələsi də müzakirə olunur". 

Ekspert şübhəli tərəf kimi Rusiya və Çinin də adını hallandrıb:

"Rusiyada prezİdent seçkilərindən sonra Putin ilk rəsmi səfərini Pekinə etmişdi. O görüşdə xüsusilə İran siyasəti və İran üzərindəki geopolitik mübarizənin də danışıldığını düşünürəm. Çünki həmin görüşlərdə Rusiya demişdi ki, Ukraynadakı müharibəyə görə, Yaxın Şərqdə buraxdığı boşluqların İran tərəfindən doldurulması onları narahat edir. Çinin 3 il əvvəl İranla bağladığı 100 milyard dollarlıq razılaşmaya da nəzər salaq. İndi İranın müstəqil bir ölkə olaraq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək yeni bir pakt yaradılması onlar üçün normaldır, yoxsa İranın bir formada bu qüvvələrlə əlaqəsinin davam edərək, istədikləri zaman məzhəb kartından istifadə edəərk burayı yenidən qarışdımaq mı?"

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.033231019973755