Türkiyədə Manisa başda olmaqla İstanbul, İzmir, Kahramanmaraş, Bursa, Malatya və Somada İŞİD-ə qarşı əməliyyat keçirilib, 10 şübhəli saxlanılıb.
“Ölkə.az” xəbər verir ki, məhkəmə qərarı ilə şübhəlilərdən 8-i həbs edilib, 2-si şərti azadlığa buraxılıb.
Axtarışlar zamanı 3 silah, rəqəmsal materiallar və təşkilati sənədlər də götürülüb.