Çeçenistan hökumətinin başçısı Müslüm Xuçiyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən istefa verib.
“Ölkə.az” xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında paylaşım edib.
"Mən əminəm ki, yeni işində o, yüksək peşəkarlıq və ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək", - Kadırov qeyd edib.
Paylaşımda İsa Tumxadjievin Çeçenistan hökumətinin başçısı vəzifəsini müvəqqəti icra etdiyi də vurğulanıb.