• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Polşada təxribat törətmək istəyən 9 nəfər tutuldu



Polşada Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinın 9 nəfər həbs edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk TVN24 telekanalında məlumat açıqlayıb.

Baş nazir bildirib ki, onların arasında ukraynalılar, polyaklar və belaruslar var: “Hazırda biz Rusiya xidmətlərinin tələbi ilə Polşada təxribatda birbaşa iştirakda ittiham olunan doqquz şübhəlini həbs etmişik”.

Tusk təxribatlara misal olaraq boya fabrikini yandırmaq cəhdinin qarşısı alındığı Vroclavdakı vəziyyəti misal çəkib. Onun sözlərinə görə, bu yanğının Rusiya xidmətlərinin göstərişi əsasında edildiyi təkzibedilməz şəkildə sübuta yetirilib.

Siyasətçi əlavə edib ki, hazırda beynəlxalq araşdırma davam edir: “Əgər belə bir fürsət və ya ehtiyac olarsa, bu barədə ictimaiyyətə danışacağıq, amma indi təkcə istintaq deyil, həm də bu cür təhdidlərin aradan qaldırılması üçün genişmiqyaslı tədbirlər görülür”.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.091386079788208