• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zəngəzurda merin avtomobilini yandırdılar



Ermənistanın Zəngəzur əyalətinin Qafan şəhər merinin avtomobilinin yandırılmasına cəhd edilib.

Ölkə.Az xəbər verir ki,   şəxsiyyətləri müəyyənləşdirilməyən insanlar tərəfindən Qafan şəhərində Mədəniyyət Evi və Kəpan Şəhər İcra Hakimiyyətinin yaxınlığında dayanan avtomobili yandırıblar. 

Yanğın hadisəsi ilə bağlı yanğınsöndürənlıərə məlumat verilib. 

Yanğınsöndürmə briqadası gələnə kimi vətəndaşlar dayanacaqda yanan 055 QQ 55 dövlət nömrə nişanlı “Lexus Lx 570” markalı avtomobili söndürüblər.

Bəlli olub ki, avtomobil  Qafan şəhər meri Gevorq Parsyana məxsusdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili qəsdən yandırmağa cəhd edildiyindən şübhələnirlər. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.14459300041199