• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyə, Azərbaycan, İran bir olarsa... - Perinçek



Prezident İbrahim Rəsinin Azərbaycana səfəri təkcə Türkiyə, Azərbaycan və İran üçün deyil, bütövlükdə Qərbi Asiyanın gələcəyi, hətta bəşəriyyətin və dünyanın gələcəyi baxımdan önəmli idi.

Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçek deyib.

O əlavə edib ki, əgər Türkiyə, Azərbaycan, İran bir olarsa, dünyada geosiyasi tarazılıq tamamilə fərqi istiqamətdə dəyişəcək. 

Perinçek bu baxımdan İran prezidentinin Azərbaycan Prezidenti ilə görüşünü çox əhəmiyyətli hesab edir. 

"Türkiyə ilə İran, Azərbaycanla İran arasında münasibətləri pozmaq istəyən Qərb imperializmi var. Rəisi cənab İlham Əliyevlə görüşməklə bütün bu ümidləri puça çıxardı. O, Türkiyə, Azərbaycan və İran arasındakı qardaşlığı da, həmrəyliyi də vurğuladı, çox əhəmiyyətli bir səfər idi”, - Perinçek vurğulayıb. 

Eyni zamanda əlavə edib ki, bu, Kürdüstan adı altında ikinci İsrail dövlətinin qurulması planlarının məhv edilməsidir: "Eyni şey Azərbaycan və İran üçün də keçərlidir”.

Perinçek son olaraq onu da qeyd edib ki, bu bir turist səfəri deyildi,  arxasında ciddi məqamlar siyasi əhəmiyyət daşıyan tarixi bir səfər idi.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.021056890487671