• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni Kaledoniyada iğtişaşlar davam edir - VİDEO



Artıq ikinci həftədir ki, Yeni Kaledoniyada iğtişaşlar davam edir.

İğtişaşlarda xeyli sayda insan həyatını itirib, yüzlərlə insan isə xəsarət alıb.

Ölkə.Az xəbər verir ki, ikinci həftədir Yeni Kaledoniyada yerli seçkilərdə səsvermə hüququ ilə bağlı islahatların səbəb olduğu iğtişaşlar davam edir.

Fransanın dəniz hüdudları daxilində son 40 ilin ən dəhşətli toqquşması artıq 6 nəfərin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olub. Yerli əhali Fransanın müstəmləkəçiliyinin son verilməsinə qarşı çıxaraq müstəqilliklərinin bərpa olunmasını tələb edir. 

Fransa isə müstəmləkəçilik siyasətini davam etdirmək üçün yerli əhaliyə qarşı amansızcasına divan tutur. Fransanın Yeni Kaledoniya xalqına qarşı belə amansız davranmasına baxamaraq, xalq   fransızlara qarşı ciddi müqavimət göstərmək də və öz hüquqları naminə sonadək mübarizə aparacaqlarını bəyan edirlər.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.039608001708984