Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 177,8 milyon manat kredit verilib.
Ölkə.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5% azalaraq 94,8 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə artaraq 200 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.