• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyalı biznesmen Lüksemburqdan 15,8 milyard dollar tələb edir



2024-cü ilin fevralında rusiyalı iş adamı Mixail Fridman nümayəndələri vasitəsilə Lüksemburq hakimiyyətinə Avropa İttifaqı sanksiyaları çərçivəsində ölkədəki aktivlərinin dondurulması ilə əlaqədar ona 15,8 milyard dollar məbləğində təzminat ödənilməsi ilə bağlı sülh danışıqlarına başlamağı təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə mayın 22-də "Vedomosti” qəzeti bildirişin mətni ilə tanış olan iki mənbənin sözlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Fridman hələlik cavab almayıb.

Mənbələr bildirirlər ki, tələb olunan təzminat məbləği təxminidir, belə ki, Fridman Aİ-də qiymətləndirmə ekspertləri ilə iş görə bilmir və onun Lüksemburq şirkətlərinə maliyyə məlumatlarını onunla bölüşmək qadağandır.

Fridman və vəkillərinin fikrincə, Lüksemburq aktivləri dondurmaqla, bir tərəfdən Belçika və Lüksemburq, digər tərəfdən isə Sovet İttifaqı (və onun varisi kimi Rusiya) arasında 1989-cu ildə imzalanmış ikitərəfli investisiya müqaviləsini pozub. Bu razılaşmaya əsasən, Lüksemburq hakimiyyətinin cavab verməsi üçün altı ay vaxtı var, bundan sonra Fridman BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasına və ya Stokholm Arbitrajına müraciət edə bilər.

Fridmanın nümayəndəsi "Vedomosti”nin sorğusuna cavab verməyib. Jurnalistlər Lüksemburq hökumətinə də müraciət ediblər.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.046142101287842