Şəki Xan Sarayının bərpası üçün mütəxəssislərlə işlər aparılır.
"Ölkə.Az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədr müavini Sədaqət Davudova “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Şəki Xan Sarayının bərpasını diqqət mərkəzində saxlamaq üçün mütəxəssislərlə işlənilir.
"Bu məsələ qurumun diqqət mərkəzindədir. Şəki Xan Sarayının təmirinə isə başlanılmayıb", - deyə qurum nümayəndəsi əlavə edib.
Könül
Ölkə.az