Helikopter qəzaya uğraması nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onunla birlikdə 6 nəfərin dəfn mərasimində bir detal diqqət çəkib.
Ölkə.Az xəbər verir ki, "Associeted Press"in (AP) çəkdiyi görüntülədiyi görüntülərdə rəsmilərin tabutlarının İran bayrağına büküldüyü görülür.
Yalnız 2 tabutun üzərinə qara çadra qoyulması xarici mətbuat nümayəndələri üçün maraq doğurub.
AP çadraların mərhumun Məhəmməd peyğəmbərin soyundan gəldiyini göstərmək üçün qoyulduğunu yazıb.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Billurə