Husilər Aralıq dənizindəki hədəflərə aviazərbələr endirib.
“Ölkə.az” xəbər verir ki, bu barədə husilərə məxsus “Əl Məsirə” telekanalı ilə çıxışı zamanı hərəkatın lideri Abdel Malik əl-Husi məlumat verib.
Yəmənin “Ənsarullah” hərəkatının lideri deyib ki, bu həftə həyata keçirilən əməliyyatlardan biri Aralıq dənizi akvatoriyasındakı hədəflərə qarşı olub:
“Bu həftə Qırmızı və Ərəb dənizlərində, Ədən körfəzində və Hind okeanında 15 raket və pilotsuz uçuş aparatından istifadə edilməklə ümumilikdə 8 əməliyyat həyata keçirilib. Bununla hücuma məruz qalmış İsrail, eləcə də onların havadarları amerikalılar və ingilislərlə əlaqəli olan gəmilərin sayı 119-a çatıb”.