Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Ölkə.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, mayın 24-də saat 10:00-dan Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 41/47 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Kazım Kazımzadə və Ələsgər Ələkbərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.