Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirlir ki, Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Ekspertlər hesab edir ki, son vaxtlarda İrəvanla Moskva arasındakı gərginlik pik həddinə çatdığından yaranmış vəziyyətin və Rusiyanın Ermənistanla gələcək əməkdaşlıq münasibətlərinə yenidən baxılması zərurəti yaranıb. Bu səbəbdən də yaranmış vəziyyəti müzakirə etmək və gələcəkdə hansı addımların atılması məqsədilə İrəvandakı səfir Moskvaya məsləhətləşmələr üçün çağırılıb.
Mürtəza
Ölkə.Az