Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin toplantısında iştirak edib.
"Ölkə.az" “TRT Haber”ə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov da iştirak edib.
Görüşdə, həmçinin İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində mətbuata qapalı keçirilən iclasda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömurəliyev, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının baş katibi Atila Öztürk, üzv ölkələrin məhkəmə və məhkəmə şuralarının sədrləri də iştirak ediblər.