• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zati-Aliləri Kral III Çarlz British Councilın yeni Himayədarı elan edilib



Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən təşkilatı British Council 1984-cü ildən taxta çıxana qədər təşkilatın Vitse-himayədarı olmuş Zati-Aliləri Kral III Çarlzı yeni Himayədarı elan edib. Təşkilatın əvvəlki himayədarı 2022-ci ilin sentyabr ayında vəfat etmiş Əlahəzrət Kraliça II Elizabet olub.

British Council-ın veb-səhifəsində göstərildiyi kimi: "Biz Zati-Alilərinin Himayədarlığı altında Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaratmaqla sülh və rifahı dəstəkləmək işimizə davam etmək imkanına sahib olduğumuza görə qürur duyuruq!"

2024-cü ildə 90-cı ildönümünü qeyd edən British Council mədəni dəyərlərin qorunması, irs, ətraf-mühit və təhsil layihələri kimi Zati-Alilərinin maraq göstərdiyi sahələrin bir çoxunda fəaliyyət göstərir. Beləcə, Zati-Aliləri uzun illər boyunca təşkilatla dəfələrlə əməkdaşlıq edib, British Council-ın Birləşmiş Krallıq və dünyanın başqa yerlərində həyata keçirilən bir çox layihələrinin dəstəklənməsində vacib rol oynayıb. 

O, 1984-cü ildə Vitse-himayədar vəzifəsini üzərinə götürəndən sonra Kensinqton Sarayında ziyafət keçirərək British Council-ın 50-ci ildönümünü qeyd etmişdi. Zati-Aliləri British Council-ın Nepal, Nigeriya və Kuba kimi ölkələrdə, həmçinin Türkiyə, Fransa, Almaniya, Özbəkistan, Polşa, Yunanıstan, İtaliya, Sloveniya, İsveçrə və Rumıniya kimi müxtəlif Avropa ölkələrində həyata keçirilən layihələrinə baş çəkib.

Zati-Aliləri Kral III Çarlz Vitse-himayədar olaraq dünya ictimaiyyətinin diqqətinin Birləşmiş Krallığa çəkilməsi və onun dünyada nüfuzunun saxlanılmasında böyük rol oynayıb və bunu Himayədar kimi də davam etdirəcək.

     
   
     
     
 

 

 

ƏN ÇOX OXUNANLAR

0.073205232620239