• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyan fövqəladə vəziyyət elan etmək istədi, amma qoymadılar



Ermənistanın baş naziri Nikol Paşinyan müraciətində delimitasiyadan, real və tarixi Ermənistandan danışıb.

Ölkə.Az xəbər verir ki, bu barədə "ArmLur" yazır.

O, delimitasiyaya mane olan qüvvələrə, hətta fövqəladə vəziyyət elan etməyə qədər sərt müqavimətdən danışmağa hazırlaşırdı. 

Lakin Paşinyan fövqəladə vəziyyətin tətbiq edilməsini təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşib və onlar baş naziri bu  ideyadan əl çəkməyə çağırıblar. O, mesajının böyük hissəsini Baqrat Srbazanın liderliyi altında davam edən hərəkata həsr etmək niyyətində olsa da, son anda fikrindən daşınaraq mətnin bu hissəsini mesajdan çıxarıb.

Eyni zamanda Paşinyan xarici aləmə açıq siqnal verdi ki, bazar günü mitinqdə nə qədər adam toplaşsa da, onun hökuməti nəyin bahasına olursa olsun delimitasiya prosesini başa çatdıracaq.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.031877994537354