Böyük Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına kreditin verilməsi ideyasını dəstəkləyiblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə nazirlərin görüşünün yekunlarına dair bəyanatda deyilir.
ABŞ-nin müvafiq təklifi üzrə müzakirələr İtaliyanın Stresa şəhərində keçirilib. Təklif Ukraynaya 50 milyard dollara yaxın kreditin ayrılmasına əsaslanır. Bu kredit tədricən Rusiya Mərkəzi Bankının təxminən 190 milyard dollar dəyərində aktivlərindən əldə edilən gəlirlər hesabına qaytarılacaq.
Nazirlər bu ideyanı dəstəkləyib, iyunda keçiriləcək sammitdən əvvəl kreditin necə strukturlaşdırılması ilə bağlı variantlar təqdim olunacağını bildiriblər.